Username:
Password:
Lost your password?
Remember Me
Siz indi
Canlı
adlı bloqu oxuyursunuz.
Create a new account
Digər Xidmətlər
Poçt
Ödəmə
Yallı
Kataloq
Xəbərlər
Oyunlar
Mobi
İş
Baş Səhifə
Bloqlar
Üzvlər
Teqlər
5,971
bloq qeydiyyatdan keçib.
Müstəqil, Sadə və Gerçək
Get your own Canlı Bloqlar account in seconds
Username:
(Must be at least 4 characters, letters and numbers only.)
Email Address:
(We’ll send your password to this address, so
triple-check it
.)
CAPTCHA Code
TOS:
1. İSTİFADƏÇİ ŞƏRTLƏRİNİN QƏBULU
YUMROO-ya xoş gəlmişsiniz!
YUMROO sizə mövcud İstifadəçi Razılaşması (İR) predmetinin şərtləri daxilində öz xidmətlərini təklif edir. İstifadəçi razılaşması YUMROO tərəfindən istənilən vaxt qarşı tərəfi xəbərdarlıq etmədən dəyişdirilə bilər.
2. XIDMƏTIN GÖSTƏRILMƏSI
Hal-hazırda YUMROO istifadəçilərinə öz Xidmət (“Xidmətlər”) şəbəkəsi daxilində müxtəlif kommunikasiya vasitələri, forumlar, ticarət xidmətləri, individiuallaşdırılmış məzmun və firma proqramlaşdırılması kimi geniş çeşidli resurslar təklif edir. Siz anlayır və qəbul edirsiniz ki, Xidmətlər özündə reklam materiallarını əhatə edə bilər və bu materiallar xidməti göstərmək üçün YUMROO üçün zəruridir. Siz həmçinin anlayır və qəbul edirsiniz ki, bu Xidmətlər YUMROO tərəfindən sizə göndəriləcək elanlar, administrativ bildirişlər və YUMROO büllütenlərindən ibarətdir və bütün belə ismarıclar YUMROO-dan istifadənin bir hissəsidir və Siz onlardan imtina etmək hüququna malik deyilsiniz. Siz başa düşür və qəbul edirsiniz ki, bu xidmətlər \"olduğu kimi\" təqdim olunur və YUMROO xidmət zamanı baş verə biləcək hər hansı gecikmələrə, qeyri-dəqiqliyə, informasiyanın silinməsi və itməsinə görə heç bir məsuliyyət daşımır. Xidmətə giriş izni üçün və həmçinin üçüncü şəxslər (misal üçün, İnternet-provayderin xidmətlərinin ödənişi) tərəfindən toplana biləcək Xidmətlərə giriş izni üçün ödənişin, eləcə də reklam materialların yayımı ve ötürülməsi ilə əlaqədar xidmətlərin ödənişinin yerinə yetirilməsinə görə siz məsuliyyət daşıyırsınız. Bundan əlavə Xidmətlərə giriş izni üçün siz avadanlıqlarla bağlı tədarük gprməli və buna görə məsuliyyət daşıyırsınız.
3. QEYDIYYATLA ƏLAQƏLI ÖHDƏLİKLƏRİNİZ
Xidmətdən istifadə etmək üçün siz həddi-buluğa çatdığınızı etiraf etməli, yəni yaşınızla əlaqədar mütləq qüvvəyə malik razılaşmalara imza atmaq və AZƏRBAYCAN qanunları və ya digər yurisdiksiyaya uyğun Xidmətləri qəbul etmək qadağası altında deyilsiniz. Siz eyni zamanda aşağıdakıları öhdənizə götürürsünüz: (а) Qeydiyyat Formasında (Qeydiyyat Məlumatları) tələb olunan sullara dəqiq, düzgün və dolğun məlumat təqdim etmək və (b) vaxtlı-vaxtında Qeydiyyat Məlumatlarını dəqiq, düzgün və dolğun şəkildə yeniləmək. Əgər yanlış, qeyri-dəqiq, köhnəlmiş və ya natamam məlumat təqdim edirsinizsə və ya YUMROO-nun sizin təqdim etdiyiniz məlumatın düzgünlüyünə, dolğunluğuna, köhnəliyinə və ya dəqiqliyinə şübhəsi varsa, YUMROO sizin qeydiyyatınızı dayandıra və ya ləğv edə və hal-hazırda və ya gələcəkdə xidmətlərdən yaralanmaq imkanından məhrum edə bilər. YUMROO istifadəçilərin məlumatlarının məxfililiyinə və təhlükəsizliyinə ciddi yanaşır.
4. YUMROO İNFORMASİYASININ MƏXFİLİLİYİ
Sizin haqqınızda Qeydiyyat Məlumatları və digər məlumatlar bizim informasiya məxfiliyi haqda Razılaşmanın predmetidir və bu razılaşma əsasında nizamlanır.
5. İSTİFADƏÇİNİN QEYDIYYATI, PAROLU VƏ TƏHLÜKƏSIZLIYI
Qeydiyyatdan keçdikdən sonra siz poçt xidmətindən istifadə etmək üçün istifadəçi adı və parolu əldə edirsiniz. Siz istifadəçi adınızın və parolunuzun təhlukəsizliyinə və həmçinin bu ad və parol altında etdiyiniz hər cür işlərə görə cavabdehsiniz. Siz а) sizin ad və parolunuzdan razılığınız olmayan halda istifadə edilərsə bu barədə mütləq YUMROO inzibatçısına xəbər verməli və b) hər dəfə poçt xidmətində işinizi bitirdikdən sonra \"Çıxış\" düyməsini basmalısınız. 5-ci bəndi pozmağınızın nəticəsi olaraq xidmətdən istifadə zamanı şəxsi səhlənkarlığınız üzündən və bu razılaşmanın qaydalarına əməl etmədiyiniz təqdirdə uğradığınız ziyana görə YUMROO heç bir məsuliyyət daşımır.
6. QEYDIYYATDAN KEÇMIŞ ISTIFADƏÇININ DAVRANIŞI
Siz başa düşür və qəbul edirsiniz ki, YUMROO poçt xidmətindən istifadə edərkən göndərdiyiniz bütün informasiyaya, məlumata, mətn, proqram, musiqi, səs, şəkil, video və başqa materiallara (\"məzmun\") görə məsuliyyət sizin üzərinizdədir. YUMROO Xidməti vasitəsiylə göndərilən, yüklənilən və başqa yolla əldə edilən məzmuna görə YUMROO məsuliyyət daşımır. Göndərilən məktubların məzmunu YUMROO tərəfindən yoxlanılmır və məzmuna görə məsuliyyəti onu göndərən şəxs daşıyır. Siz başa düşürsunuz ki, YUMROO xidmətindən istifadə etdiyiniz zaman təhqiredici, ədəbsiz və mübahisəli məzmuna rast gələ bilərsiniz. Heç bir halda İnformasiya məzmununa, habelə İnformasiya məzmunundakı hər hansi bir səhvə görə və ya Xidmət vasitəsiylə göndərilən və elan edilən İnformasiya məzmunun istifadəsi nəticəsində baş verən hər hansi bir zərərə və ziyana görə YUMROO heç bir cavabdehlik daşımır.Siz Xidmətindən istifadə edərkən aşağıdakıları etməyəcəyinizi qəbul edirsiniz:
а. Qanunsuz, ziyan verən, təhdid edici xüsusiyyətlər daşıyan, başqalarının şərəf və ləyaqətini alçaldan, müəlliflik hüquqlarını pozan və bu kimi qeyri-qanuni məzmunlu məktubların və faylların göndərilməsi, yüklənilməsi, yerləşdirilməsi və ya elan edilməsi;
b. Yaşı həddi-buluğa çatmamış şəxslərə hər hansi bir şəkildə ziyanın verilməsi;
c. Özünü başqa şəxs və ya YUMROO təmsilçisi (şirkətin işçisi, forum moderatoru, qovşaqların sahibi) kimi təqdim etmək;
d. Xidmət vasitəsiylə əldə etdiyiniz İnformasiya məzmunun mənşəyini gizlətmək məqsədiylə başlıqların saxtalaşdırılması;
e. Qanuna zid olan hər hansi bir İnformasiya məzmunun (məsələn, xidmətin istifadəsi üçün əldə edilən daxili informasiya, xidmət və məxfi informasiya) yüklənilməsi, yerləşdirilməsi, elektron məktubu vasitəsiylə göndərilməsi, elan eilməsi;
f. Patent, ticarət markası, kommersiya sirri, müəllif hüquqları və digər buna bənzər şəxsi hüquqları pozan İnformasiya kontentin yüklənilməsi, yerləşdirilməsi, elektron məktubu vasitəsiylə göndərilməsi, elan edilməsi;g. Reklam, elan, SPAM xarakterli məlumatların yüklənilməsi, yerləşdirilməsi, elektron məktubu vasitəsiylə göndərilməsi, elan eilməsi;h. Kompüterləri sıradan çıxara biləcək və ya digər şəxslərin kompüterinə icazə olmadan daxil olmaq məqsədi ilə virus və digər kompüter kodlarının yüklənilməsi, yerləşdirilməsi, elektron məktubu vasitəsiylə göndərilməsi, elan eilməsi;
l. Xidmətin, serverlərin və veb saytın normal fəaliyyət göstərməsini pozmaq.
m. Tətbiq olunan yerli, dövlət və beynalxalq qanunların qəsdən və ya qəsdən olmadan pozmaq;
n. Digər şəxlərə narahatlıq vermək; və yao. Digər şəxslər barədə şəxsi informasiyaların yığılıb saxlanılması;
Siz qəbul edirsiniz ki, İnformasiya kontenti YUMROO tərəfindən yoxlanılmır və YUMROO və onun səlahiyyətli nümayəndələri öz istəklərinə görə hər hansı bir İnformasiya kontentinin yerləşdirilməsinə razılıq verməmək və ya YUMROO Xidməti vasitəsiylə yerləşdirilən İnformasiya kontentini silmək hüququna malikdirlər. Yuxarıda qeyd olunanlarla məhdudlaşmayaraq YUMROO və onun səlahiyyətli nümayəndələri bu İR poza biləcək və ya digər səbəblərdən qəbul edilə bilməyən hər hansı bir İnformasiya kontentini silmək hüququna malikdirlər. Siz qəbul edirsiniz ki, İnformasiya kontentinin istifadəsi ilə əlaqəli hər hansı bir risk səbəbindən onun doğruluğuna, tamlığına və faydasına görə məsulliyət tamami ilə üzərinizə düşür. Bununla siz başa düşürsünüz ki, YUMROO-da yaradılan və ya YUMROO vasitəsiylə göndərilən İnformasiya kontentin, YUMROO Müzakirə otağı və digər Xidmətlərin məzmununun dəqiqliyinə və doğruluğuna görə YUMROO cavabdehlik daşımır. Siz təsdiq edir, razılaşır və icazə verirsiniz ki, YMROO sizin hesab qeydiyyatınızdaki informasiyanı qanunun tələbi ilə açıqlaya bilər. YUMROO aşağıdakı şərtlərdə İnformasiya kontentini açıqlaya bilər:
а) məhkəmənin qərarı ilə;
b) İR şərtlərinə riayət etmək üçün;
c) üçüncü tərəflərin hüquqlarını pozan İnformasiya kontentinə dair iddiaya cavab vermək üçün;
d) müştərilərlə əlaqələr daxil olan şikayətə cavab vermək üçün və ya
e) YUMROO-nun, onun istifadəçilərinin və ictimaiyyətin hüquqlarını, mülkiyyətini və təhlükəsizliyini qorumaq üçün.
7. YUMROO-nun BEYNƏLXALQ İSTİFADƏSİ ÜZRƏ XÜSUSİ QEYDLƏRİnternetin global xarakterini nəzərə alaraq Siz İnternetdə davranış üzrə bütün yerli qaydaları əməl etməyi öhdənizə götürürsünüz. Xüsusilə, Azərbaycandan və ya yaşadığınız ölkədən texniki məlumatın göndərilməsi üzrə tətbiq olunan bütün qanunlara riayət etməyi qəbul edirsiniz.
8. MƏSULİYYƏTDƏN AZAD
Siz bütün zərərlərin, hüquqi xidmətlərin haqqları daxil olmaqla ödəyəcəyinizi qəbul edir və zəmanət verirsiniz ki, YUMROO və onun filialları, rəhbərliyi, işçiləri, agentləri və digər partnyorları Xidmət vasitəsiylə göndərdiyiniz və ya yerləşdirdiyiniz İnformasiya kontenti üzrə hər hansı bir iddia və tələblərdən azad olacaqlar.
9. XİDMƏTLƏRİN ALQI-SATQISINA QADAĞASiz razılaşırsınız ki, Xidmətin heç bir hissəsini (YUMROO-nun loqini daxil olmaqla), Xidmət istifadəsini və ya Xidmətə girişi kommersiya məqsədi ilə yenidən istehsal etməyəcək, surətini çıxarmayacaq, satmayacaq, dəyişməyəcək və istifadə etməyəcəksiniz.
10. İSTİFADƏ VƏ SAXLAMA ÜZRƏ ÜMUMİ MÜDDƏALAR
Siz razılaşırsınız ki, YUMROO Xidmətdən istifadəyə ümumi qaydalar və müəyyən məhdudiyyələr qoya bilər. Bunlar - məktubların saxlanılma müddəti, istifadəçinin göndərdiyi və qəbul etdiyi məktubların maksimal sayı, məktubun maksimal həcmi və ya disk həcmi, göstərilən müddət ərzində qəbul edilən məktubların maksimal sayı və s. YUMROO tərəfindən təqdim olunan elektron poçt ünvanını istifadə edərkən siz aşağıdakıları qəbul edirsiniz:I. YUMROO sistemdə baş verə biləcək hər hansı bir pozuntuya görə məsuliyyət daşımır;II. Uzun müddət servisdən istifadə etmədiyiniz zaman YUMROO sizin elektron ünvanınızı pozmaq hüququna malikdir;III. YUMROO istifadə şərtlərini və məhdudiyyətlərini hər zaman təktərəfli olaraq dəyişmək hüququna malikdir.
11. XİDMƏTLƏRDƏ DƏYİŞİKLİKLƏR
YUMROO öz istəyi əsasında istənilən zaman təktərəfli olaraq müəyyən bir müddətə və ya müddətsiz olaraq Xidmətləri (və ya hər hansı bir hissəni) dəyişdirə və ya ləğv edə bilər. Siz razılaşırsınız ki, Xidmətlərin dəyişməsi, dayandırılması və ya ləğv edilməsinə görə YUMROO Sizin və üçüncü şəxslər qarşısında heç bir məsulliyət daşımır.
12. QEYDIYYATIN DAYANDIRILMASI
YUMROO müəyyən şərtlərə əsaslanaraq Sizin YUMROO hesab qeydiyyatınızın, hesab qeydiyyatınız ilə bağlı hər hansi bit elektron poçt ünvanının fəaliyyətini və Xidmətlərə girişi dərhal xəbərdarlıq etmədən dayandırmaq hüququna malikdir. Qeydiyyatınızı poza bilən səbəblər:
а) bu İR və ya İR-ə aid olan digər sazışlərin və təlimatların yerinə yetirilməməsi və ya pozulması,
b) hüquqi mühafizə və ya digər dövlət orqanlarının tələbləri,
c) Sizin öz istəyiniz,
d) hər hansı bir Xidmətin (və ya onun hər hansı bir hissəsinin) dayandırılması və ya əhəmiyyətli dəyişməsi,
e) texniki dəstəyin və ya təhlükəsizliyin təmini zamanı yarana bilən gözlənilməyən problemlər və çətinliklər, və
f) Xidmətdən uzun zaman istifadə etməməyiniz.
YUMROO hesab qeydiyyatınızın pozulması aşağıdakıları əhatə edir:
а) bütün Xidmətlərə giriş qadağan olunacaq;
b) parolunuz və onunla bağlı bütün məlumatın, həmçinin hesab qeydiyyatınız ilə bağlı bütün faylların və informasiya kontentinin ləğv olunması; və
c) Xidmətlərin gələcəkdə istifadəsinə qadağa.Və Siz razılaşırsınız ki, qeydiyyatın əsaslı dayandırılması YUMROO-nun istəyi əsasında həyata keçirilir və YUMROO Sizin və üçüncü şəxslər qarşısında hesab qeydiyyatınızın, elektron poçt ünvanınızın fəaliyyətinin və ya Xidmətə girişinizin dayandırılmasına görə heç bir məsulliyət daşımır.
13. REKLAM VERƏNLƏRLƏ MÜNASİBƏTLƏR
Xidmətin istifadəsi zamanı əldə etdiyiniz reklam verənlər barədə məlumat, Sizin yazışmalarınız, işgüzar əlaqələriniz və reklam verənlərin reklam kampaniyalarında iştirakınız, habelə müəyyən malların və xidmətərin ödənişi və çatdırılması və belə əlaqələrlə bağlı digər sazışlərdə, şərtlərdə, zəmanətlərdə, bəyanatlarda və ya ərizələrdə olduğu kimi hamısı sizə və reklam verənlərə aiddir. Siz başa düşür və qəbul edirsiniz ki, bele bir əlaqələr zamanı və Xidmətlərdə reklam verənlərin iştirakı zamanı baş verə bilən hər hansı bir ziyana və ya zərərə görə YUMROO heç bir məsuliyyət daşımır.
14. LİNKLƏR (İSTİNADLAR)
YUMROO Xidmətləri və üçüncü şəxslər Xidmətlərdə başqa veb qovşaqlara və resurslara yönləndirən linklər yerləşdirə bilərlər. YUMROO bu qovşağları və resursları nəzarət etmədiyi üçün Siz başa düşür və razılaşırsınız ki, YUMROO bu qovşaqların və resursların əlverişliyinə və yararlığına görə məsuliyyət daşımır və bu resurslarda və qovşaqlarda yerləşən heç bir İnformasiya kontentinə, reklama, məhsula və ya digər materiallara görə cavabdeh deyil. Siz həmçinin başa düşür və qəbul edirsiniz ki, YUMROO bu resurslarda və qovşaqlarda yerləşən heç bir İnformasiya kontentinin, məhsulunun və ya xidmətlərin istifadəsi zamanı çəkilən zərərə və ziyana görə cavabdeh deyildir.
15. YUMRO-nun MÜLKİYYƏT HÜQUQLARI
Siz başa düşür və razılaşırsınız ki, bu Xidmətin fəaliyyəti üçün tələb olunan proqram təminatları (“Proqram Təminatı”) mülkiyyət predmeti olan və əqli mülkiyyət qanunu və digər tətbiq edilən qanunlar tərəfindən qorunan məxfi informasiyanı özündə əhatə edir. Siz başa düşür və razılaşırsınız ki, Xidmətlərdə istifadə etdiyiniz və reklam verənlər və sponsorlar tərəfindən əldə olunan reklam və məlumatın İnformasiya kontenti müəllif hüquqları, əmtəə nişanı, xidmət nişanları, panentlər və digər mülkiyyət hüquqları və qanunları tırəfindən müdafiə olunur. YUMROO və reklam verənlər tərəfindən təsdiq edilmiş hallar istisna olmaqla Siz razılaşırsınız ki, Xidmətləri dəyişdirməyəcək, icarəyə verməyəcək, satmayacaq və yaymayacaqsınız.
16. ZƏMANƏTDƏN AZADSİZ QƏBUL EDİR VƏ RAZILAŞIRSINIZ Kİ,
a. XİDMƏTLƏRİ İSTİFADƏ EDƏRKƏN MƏSULİYYƏTİ ÖZ ÜZƏRİNİZƏ GÖTÜRÜRSÜNÜZ. XİDMƏTLƏR “OLDUĞU KİMİ” TƏQDİM OLUNUR. YUMROO NƏZƏRDƏ TUTULAN KEYFİYYƏT ZAMANƏTİNƏ, HABELƏ TİCARƏT YARARLIĞI, İSTİFADƏÇİLƏRİN MƏQSƏDİNƏ UYĞUN OLAN VƏ ÜÇÜNCÜ ŞƏXSLƏRİN HÜQUQLARININ POZULMAMASI BARƏDƏ ZAMANƏTLƏRƏ ĞÖRƏ MƏSULİYYƏT DAŞIMIR.
b. YUMROO 1) GÖSTƏRİLƏN XİDMƏTLƏRİN SİZİN TƏLƏBLƏRİNİZƏ TAM CAVAB VERƏCƏYİNƏ; 2) GÖSTƏRİLƏN XİDMƏTLƏRİN DƏQİQ, OPERATİV VƏ QÜSURSUZ OLACAĞINA; 3) XİDMƏT ZAMANI ƏLDƏ EDİLƏN NƏTİCƏLƏRİN DƏQİQ VƏ ETİBARLI OLACAĞINA; 4) XİDMƏT VASİTƏSİYLƏ ƏLDƏ ETDİYİNİZ MƏHSULUN, XİDMƏTİN, MƏLUMATIN VƏ YA DİGƏR BİR MATERİALIN KEYFİYYƏTİNİN SİZİN TƏLƏBLƏRİNİZƏ TAM CAVAB VERƏCƏYİNƏ; VƏ 5) PROQRAM TƏMİNATINDA YARANAN XƏTALARIN DÜZƏLƏCƏYİNƏ. TƏMİNAT VERMİR
c. XİDMƏT VASİTƏSİYLƏ YÜKLƏNİLƏN VƏ BAŞQA BİR ÜSULLA ƏLDƏ EDİLƏN MATERİALLARIN İSTİFADƏSİ ÖZ MÜLAHİZƏNİZ VƏ RİSKİNİZ ALTINDA HƏYATA KEÇİRİLİR VƏ BU MATERİALLARIN YÜKLƏNMƏSİ ZAMANI SİZİN KOMPÜTERİNİZƏ DƏYƏN ZƏRƏRƏ VƏ MƏLUMATIN İTKİSİNƏ GÖRƏ ŞƏXSƏN ÖZÜNÜZ CAVABDEHSİNİZ.
d. BU İR-də VERİLƏN BİRBAŞA ZƏMANƏTLƏRDƏN BAŞQA YUMROO VƏ YA XİDMƏT VASİTISİYLƏ ALDIĞINIZ YAZILI VƏ YA ŞİFAHİ MƏSLƏHƏTLƏŞMƏLƏR VƏ İNFORMASİYA ZƏMANƏT KİMİ QƏBUL OLUNMUR.
17. MƏSULİYYƏTƏ MƏHDUDİYYƏTİN QOYULMASI
SİZ RAZILAŞIRSINIZ Kİ, YUMROO AŞAĞIDA QEYD OLUNAN SƏBƏBLƏR ÜZÜNDƏN YARANAN BİRBAŞA, DOLAYI, ƏLAVƏ, VASİTƏLİ VƏ YA CƏRİMƏ ZƏRƏRƏ GÖRƏ ƏLDƏN VERİLƏN XEYİRİN ZƏRƏRİ, İSTİSMAR XÜSUSİYYƏTLƏRİNİN İTİRİLMƏSİ ZƏRƏRİ, MƏLUMATIN İTİRİLMƏSİ VƏ DİGƏR QEYRİ-MATERİAL ZƏRƏRLƏRİ DAXİL OLMAQLA MƏSULİYYƏT DAŞIMAYIR: 1) XİDMƏTLƏRİN İSTİFADƏSİ VƏ YA İSTİFADƏSİNİN İMKANSIZ OLMASI; 2) XİDMƏT VASİTƏSİYLƏ ƏLDƏ EDİLƏN KEYFİYYƏTSİZ MƏHSULLARIN VƏ XİDMƏTLƏRİN ÖDƏNİLMƏSİ; 3) SİZİN GÖNDƏRDİYİNİZ İNFORMASİYANIN VƏ YA MƏLUMATIN İCAZƏSİZ DƏYİŞMƏSİ; 4) XİDMƏT ÇƏRÇİVƏSİNDƏ ÜÇÜNCÜ ŞƏXSLƏRİN İDDİALARI VƏ FƏALİYYƏTİ; VƏ YA 5) XİDMƏTƏ AİDİYYƏTİ OLAN HƏR HANSİ BİR HADİSƏ.
18. ÜÇÜNCÜ ŞƏXSLƏR-BENEFİSİARLARIN OLMAMASI
Siz razılaşırsınız ki, bu İR-də qeyd edilməyən hallar istisna olmaqla üçüncü şəxslər bu İstifadəçi Razılaşmanın benefisiarı ola bilməzlər.
19. BİLDİRİŞ
YUMROO İR-də baş verən bütün dəyişikliklər barədə Sizə poçt, elektron poçtu vasitəsiylə və ya Xidmətin səhifələrində elan yerləşdirərək Sizə bildirişlər göndərmək hüququna malikdir.
20. MÜƏLLİF HÜQUQLARINI VƏ ƏQLİ MÜLKİYYƏT ÜZRƏ HÜQUQLARIN POZULMASI BARƏDƏ İDDİALAR ÜÇÜN TƏLİMAT VƏ BİLDİRİŞ
YUMROO digər şəxlərin əqli mülkiyyətinə hörmətlə yanaşır və Sizdən də bunu tələb edir. YUMROO-nun siyasətinə əsasən müəyyən şərtlərdə müəllif hüquqlarını və ya YUMROO-nun əqli mülkiyyətini poza bilən və ya dəfələrlə pozan istifadəçilərin hesab qeydiyyatlarını bağlamaq və ya silmək hüququna malikdir. Əgər kimsə işinizin surətini çıxarıb və bununla Sizin müəllif hüquqlarınızı və əqli mülkiyyət hüququnuzu pozubsa, xahiş edirik aşağıda göstərilən məlumatı YUMROO-nun Müəllif Hüquqları üzrə Agentinə təqdim edəsiniz:
Müəllif hüququnun və ya digər əqli mülkiyyət sahibinin adından fəaliyyət göstərmək səlahiyyəti verilən şəxsin elektron və ya fiziki imzası;
Sizin iddianıza gorə mülkiyyət hüquqları pozulan işinizin təsviri;
Mülkiyyət hüquqları pozulan materialın YUMROO saytında dəqiq yeri;
Sizin ünvanınız, telefon nömrəniz və email ünvanınız;
Sizin mubahisəli məsələnin müəllif hüquqlari və ya əqli mülkiyyət, onun agenti və ya qanun vasitəsi ilə həll edilmədiyi barədə qəti bəyanatınız;
Yuxarıda göstərilmiş məlumatın Bildirişdə dəqiq olması və Sizin müəllif hüququ və ya mülkiyyət hüququna malik olmağınız, müəllif hüququndan və ya əqli mülkiyyətdən istifadə etmək səlahiyyətinə sahib olmağınız haqda verilmiş yalan ifadənin qorxusu altında Sizin tərəfinizdən edilmiş bəyanat.Müəllif hüquqlarının və əqli mülkiyyəti üzrə hüquqların pozulmasına dair YUMROO Agenti ilə əlaqə saxlamaq üçün:
Poçt: YUMROO MMC
AZ1001, Bakı, Azərbaycan,Səbail r-nu, İçəri Şəhər, Böyük Qala 24
Telefon: (+994 12) 492 11 28
Faks:(+994 12) 492 11 28
E-mail: office@yumroo.az
21. ÜMUMİ MƏLUMAT
Hüquqi saziş. Bu İR sizin və YUMROO arasında Xidmətlərin istifadəsinə dair olan hüquqi bir sazişdir. YUMROO-nun, YUMROO-nun filial şöbələrinin və ya üçüncü şəxslərə aid olan xidmətlərin, informasiya kontentinin və ya proqram təminatların istifadəsi başqa sazışlərin predmetini təşkil edir.Qanunun və yurisdiksiyanın seçimi. İR və Sizin və YUMROO arasında olan münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə tabe olurlar. Siz və YUMROO Bakı, Azərbaycanda yerləşən məhkəmə yurisdiksiyasına tabe olmağı qəbul edirsiniz.Saziş şərtlərinin ləğvi və qismən qüvvəsinin itirməsi. Bu İR-in hər hansı bir şərtinin YUMROO tərəfindən yerinə yetirilməməsi bu şərtin və ya hüququn ləğvi mənasını daşımır. Əgər İR-in hər hansı bir şərti səlahiyyətli yurisdiksiyanın məhkəməsi tərəfindən etibarsız qəbul edilərsə, tərəflər razılığa gəlirlər ki, məhkəmə həmin şərtdə əks olunan tərəflərin məqsədlərini yerinə yetirməlidir və İR-in digər şərtləri dəyişməz olaraq tam qüvvəsi ilə fəaliyyət göstərməyə davam edəcək.Varislik hüququnun etibarsizlığı və digər şəxsə hüquqların təhvilnin olmamamsı. Siz razılaşırsınız ki, Sizin YUMROO hesab qeydiyyatınız başqa şəxsə təhvil verilə bilməz və sizin ölümünüzdən sonra YUMROO Logininiz və onun əhatə etdiyi məlumat dayandırılır. Ölüm haqqda şəhadətnamənin surətinin təqdim olunmasından sonra hesab qeydiyyatınızdaki məlumat ləğv olunur.İddia müddəti. Siz razılaşırsınız ki, hər hansı bir qanundan asılı olmayaraq tələblər və iddialar tələblərin və iddiaların yarandığı andan etibarən (1) bir il müddətində başlanmalı və ya həmişəlik ödənilməlidir.İR-də olan başlıqlar yalnız rahatlıq üçün istifadə olunur və heç bir hüquqi və ya müqavilə qüvvəsinə malik deyil.
22. POZUNTULAR
Baş vermiş hər hansı pozuntular barəsində Müştərilərlə Əlaqələr şöbəsinə məlumat verməyinizi xahiş edirik.cr@corp.yumroo.com
© 2008 YUMROO. Müəllif hüquqları qorunur. Informasiyanın məxfiliyi.
I Agree:
Password:
(Leave fields blank for a random password to be generated.)
Confirm Password:
(Type your new password again.)
Gimme a blog!
Just a username, please.
Bizim haqda
-
Sayt əlavə et
-
Əlaqələr
-
Məxfilik
© Yumroo MMC, 2008-2009.
Bütün hüquqlar qorunur